İdman

"Neftçi" və "Səbail"in Avropa Liqasındakı rəqibləri MƏLUM OLDU - YENİLƏNİB

18 İyun 2019 17:56
1 Şərh     Baxış: 1 807
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:56

Bu gün Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkü atılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ölkəmizi bu mərhələdə təmsil edəcək "Neftçi" Moldovanın "Speranta" klubu ilə qarşılaşacaq. "Səbail" isə Rımıniya təmsilçisi "Universitatya Krayova" ilə üz-üzə gələcək. Hər iki komandaməz ilk oyunu evdə keçirəcək. Avropa Liqası I təsnifat mərhələsi "Neftçi" (Azərbaycan) - "Speranta" (Moldova) "Səbail" (Azərbaycan) - "Universitatya Krayova" (Rumıniya)

Qeyd edək ki, Avropa Liqasında 1-ci təsnifat mərhələsinin oyunları iyulun 11-də və 18-də keçiriləcək. Əlavə edək ki, Azərbaycan kubokunun qalibi "Qəbələ" mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq. Əyalət təmsilçisinin rəqibi iyunun 19-da müəyyənləşəcək. Bu mərhələnin oyunları iyulun 25-də və avqustun 1-də olacaq.

----------
09:42

Bu gün Avropa Liqasının 1-ci  təsnifat mərhələsinin püşkü atılacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ölkəmizi bu mərhələdə təmsil edəcək "Neftçi" və "Səbail" də rəqiblərini tanıyacaq.

Mərasim Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

"Neftçi"nin potensial rəqibləri

"Hibernians" (Malta)

"Rujomberok" (Slovakiya)

"Pandev Akademiyası" (Makedoniya)

 "Speranta" (Nisporeni, Moldova)

"Zeta" (Monteneqro)

"Səbail"in potensial rəqibləri

"Universitatya Krayova 1948" (Rumıniya)
 
"Baltsan" (Malta)
 
"Laçi" (Albaniya)
 
"Şkupi" (Makedoniya)
 
"Petrokub-Hincesti" (Moldova)

"Narva Trans" (Estoniya) 

Qeyd edək ki, Avropa Liqasında 1-ci təsnifat mərhələsinin oyunları iyulun 11-də və 18-də keçiriləcək. 

Əlavə edək ki, Azərbaycan kubokunun qalibi "Qəbələ" mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.