İdman

"Qarabağ"ın Çempionlar Liqasında rəqibi bilindi - YENİLƏNİB

18 İyun 2019 16:46
2 Şərh     Baxış: 3 250

16:46

Bu gün UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb.

Milli.Az qol.az-a istinafən xəbər verir ki, İveçrənin Nyon şəhərində keçirilən mərasimdə ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən "Qarabağ"ın da rəqibi müəyyənləşib.

Reytinqinə görə səpələnmişlər sırasında yer almış Ağdam təmsilçisi ilk raundda Albaniyanın "Partizani" klubu qarşılaşacaq. İlk oyun səfərdə olacaq.

Qeyd edək ki, ÇL-nin 1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10, cavab oyunları isə 16-17 iyul tarixlərində keçiriləcək.

---------
09:46

Bu gün UEFA Çempionlar Liqasında 1-ci  təsnifat mərhələsinin püşkü atılacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, İveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 16:30-da başlayacaq. Püşkdə ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edəcək "Qarabağ"ın da rəqibi bilinəcək. Reytinqinə görə səpələnmişlər sırasında yer almış Ağdam təmsilçisi ilk raundda özündən nisbətən zəif rəqiblərlə mübarizə aparacaq

Birinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq "Qarabağ"ın 5 potensial rəqibi aşağıdakılardır:

"Valetta" (Malta)

"Sarayevo" (Bosniya və Herseqovina)

"Sutyeska" (Monteneqro)

"Partizani" (Albaniya)

"Saburtalo" (Gürcüstan)

Qeyd edək ki, ÇL-nin 1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10, cavab oyunları isə 16-17 iyul tarixlərində keçiriləcək.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Fotbul Azekesi · 18 İyun 16:4950

    Qarabaga ugurlar !

    Cavab yaz
  • Anonim
    ayten · 18 İyun 17:2510

    uğurlat qarabağ,uğurlar mahir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.