İdman

"Qarabağ"ın potensial rəqibləri 5-ə düşdü

17 İyun 2019 21:09
1 Şərh     Baxış: 1 496
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son Azərbaycan çempionu "Qarabağ"ın Çempionlar Liqasının (ÇL) birinci təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 5-ə düşüb.

Milli.Az xəbər verir ki, püşkatmadan 1 gün öncə UEFA iştirakçıları səpələnmiş və səpələnməmiş qruplarına bölüb. Güclülər sırasında yer alan Ağdam klubunun rəqibi aşağıdakılardan biri olacaq:

"Valetta" (Malta)

"Sarayevo" (Bosniya və Herseqovina)

"Sutyeska" (Monteneqro)

"Partizani" (Albaniya)

"Saburtalo" (Gürcüstan)

Qeyd edək ki, birinci təsnifat mərhələsinin püşkü sabah saat 14:30-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.