İdman

"Qrizmannla danışıq aparmırıq" - "Barselona"nın prezidenti

17 İyun 2019 21:07
0 Şərh     Baxış: 792
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın prezidenti Jozep Bartomeu "Atletiko"dan ayrıldığını açıqlayan Antuan Qrizmannın Kataloniya klubuna keçəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, yayılan məlumatları təkzib edib. Bartomeu daha çox əvəzedici komandadakı futbolçulara diqqət ayıracaqlarını söyləyib:

"Əvvəl də dediyimiz kimi, Qrizmannla danışıq aparmırıq. Ona görə də nəyisə elan etməyə ehtiyac yoxdur. Görək, yaxın vaxtlarda transfer bazarında vəziyyət necə olacaq. Klubu mümkün sanksiyalardan qorumalıyıq. Qarşıda iyun, iyul, avqust ayları var. Öz strategiyamızı həyata keçiririk. Həmçinin B komandasındakı futbolçularımızı da izləyirik. Onların bəzilərinin əsas komandaya düşmək imkanı olacaq".

Qeyd edək ki, Qrizmann bir müddət öncə karyerasını "Barselona"da davam etdirəcəyini bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.