İdman

"Ölsəydim, daha yaxşı olardı" - Totti "Roma"dan getdi

17 İyun 2019 21:06
0 Şərh     Baxış: 1 225
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Roma"nın idman direktoru Françesko Totti paytaxt klubundan ayrılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, əfsanəvi futbolçu istefa qərarını bu gün keçirdiyi mətbuat konfransında açıqlayıb. O, gedişinin səbəbini klubun amerikalı sahibləri ilə əlaqələndirib:

"8 ildir, amerikalı iş adamları kluba gəldiyi gündən bəri əfsanələri "Roma"dan ayırırlar. Nə istəyirlərsə, onu da edirlər. Futbolu onlara görə atdığımı hamı bilir. 6 illik müqavilə imzaladım, amma işin içinə girəndə hər şeyin fərqli olduğunu gördüm.

Ayrılıq qərarımın bir çox səbəbi var. Heç vaxt təşkilati işlərə daxil olmağıma icazə vermədilər. 2 ildir bu vəzifədəyəm, cəmi 10 iclasa dəvət ediblər. Həmişə son məqamda mənə xəbər veriblər. Məni hər zaman görülən işlərdən kənarda saxlamağa çalışırdılar".

Totti yalnız klub rəhbərliyi dəyişəcəyi təqdirdə "Roma"ya qayıda biləcəyini söyləyib: "Romalılara qarşı heç vaxt səhv etmərəm. Bu gediş komandadan futbolçu kimi ayrılmaqdan daha çətindir. "Roma"dan ayrılmaq ölmək kimidir. Bəlkə də ölsəydim, özümü daha yaxşı hiss edərdim".

Qeyd edək ki, yalnız "Roma"nın formasını geyinən "Qladiator" ləqəbli veteran hücumçu 2017-ci ilin yayında 24 illik futbolçu karyerasını başa vurmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.