İdman

Paraqvay qələbəni əldən verdi - Amerika kuboku

17 İyun 2019 08:38
0 Şərh     Baxış: 598

Amerika kubokunda qrup mərhələsinin birinci turunun oyunları davam edir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, C qrupundakı ikinci matçda ilk dəfə turnirə dəvət alan Qətər millisi Paraqvay seçməsi ilə qarşılaşıb. Cənubi Amerika təmsilçisi hesabda 2 top fərqi ilə önə çıxsa da, əzmkarlıq göstərən ərəblər geridönüş edə biliblər - 2:2. Beləliklə komandalar Amerika kubokuna 1 xalla başlayıblar.

Qeyd edək ki, C qrupuna 3 xalı olan Kolumbiya millisi başçılıq edir. Qətər və Paraqvay hərəyə 1 xalla 2-3-cü yerləri bölüşdürür. Sonuncu sıradakı Argentina yığmasının isə xalı yoxdur.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.