İdman

Salah son qərarını açıqladı: Hansı klubu seçir?

16 İyun 2019 18:07
2 Şərh     Baxış: 2 551
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin "Liverpul" klubu misirli hücumçusu Məhəmməd Salahı Madridin "Real" və Turinin "Yuventus" klublarına satmaqdan imtina edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, 27 yaşlı misirli hücumçu "Liverpul"da qalmaq qərarını qəbul edib və özü transferdən imtina edib.

Qeyd edək ki, M.Salah 2018/2019 mövsümündə 52 oyunda iştirak edib, 27 qol vurub və 13 qolla nəticələnən pas verib.

Xatırladaq ki, "Liverpul" klubu ötən mövsümdə UEFA Çempionlar Liqasının qalibi olub, İngiltərə Premyer Liqasında isə 97 xal toplayaraq ikinci yerdə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.