İdman

Serb hücumçu Bundesliqa klubunda

16 İyun 2019 11:54
0 Şərh     Baxış: 758
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın "Ayntraxt" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az Komanda.az-a istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi Serbiyanın "Srvena Zvezda" klubunun hücumçusu Deyan Yoveliçi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

19 yaşlı forvardla 5 illik müqavilə imzalanıb. O, yeni komandasında 28 nömrəli formanı geyinəcək.

Serbiyalı hücumçu "Srvena Zvezda"nın yetirməsidi. 2016-cı ildən etibarən paytaxt klubunda 21 rəsmi oyuna çıxan gənc hücumçu, 11 qola imza atıb. O, həm də Serbiyanın gənclərdən ibarət yığma komandasının üzvüdü.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.