İdman

MY-dən “Monako”ya 40 milyon avroluq təklif

16 İyun 2019 10:52
0 Şərh     Baxış: 1 155
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted" komandadan ayrılması gözlənilən Pol Poqbanın əvəzləyicisini Fransada tapıb.

Milli.Az Komanda.az-a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" müqavilə ilə "Monako"ya məxsus olan, mövsümü icarə əsasında "Lester"də keçirən Yuri Tilemansı heyətinə qatmaq niyyətindədir. Mançester təmsilçisinin belçikalı futbolçu üçün "knyazlıq klubu" ilə danışıqlara başlayacağı və 40 milyon avro təklif edəcəyi deyilir.

Bundan başqa, "Lester" də komandada saxlamaq istədiyi futbolçu üçün "Monako"ya 40 milyon avroluq təklif göndərməyə hazırlaşır.

22 yaşlı futbolçu bu ilin yanvar ayından çıxış etdiyi "Lester"in heyətində keçirdiyi 13 oyunda 3 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.