İdman

Ramil Şeydayevin transfer qiyməti artdı

14 İyun 2019 17:22
3 Şərh     Baxış: 1 367

Rusiya Premyer Liqasında çıxış edən futbolçuların transfer qiymətləri açıqlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "transfermarkt.ru" saytının açıqladığı siyahıda millimizin hücumçusu Ramil Şeydayevin də adı var. 22 yaşlı forvardın qiyməti əvvəlki ilə müqayisədə 200 min avro artaraq, 1,2 milyon olub.

Rusiya çempionatında çıxış edən ən bahalı oyunçu isə Moskva SSKA-sının müdafiəçisi Mario Fernandesdir. Braziliya əsilli rus futbolçunun dəyəri 30 milyon avrodur. İkinci yerdə paytaxt klubunun digər üzvü Nikola Vlaşiç (20 milyon), üçüncü pillədə isə "Lokomtiv"in yarımmüdafiəçisi Qjeqoj Krikovyakla "Krasnodar"dan Viktor Klasson (18 milyon) qərarlaşıb.

Qeyd edək ki, Ramil ötən ilin yayından "Krılya Sovetov"da çıxış edir.

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Emin. · 14 İyun 17:3410

    Hec bir muqayisesiz, Azerbaycanin gelmis getmis en yaxshi oyuncusudur, niye? Cunki Azerbaycanda yox Rusiyada yetisib, futbolu orda oyrenib

    Cavab yaz
  • Anonim
    Roya · 14 İyun 17:4702

    Qarabağ almalıdır Şeydayevi.

    Cavab yaz
    • Anonim
      Abbas · 14 İyun 18:5920

      Qarabaq almisdi oynadardi sadece ona burda ozunu gostermeye imkan vermediler ondan zeifleri Qurban oynatdi ona imkan vermedi

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.