İdman

"Real" "yapon Messi"ni aldı

14 İyun 2019 20:45
0 Şərh     Baxış: 1 402

Son olaraq, "Çelsi"dən Eden Hazardı heyətinə qatan "Real" növbəti transferini gerçəkləşdirib.

Milli.Az qol.az-a istinadən yaydığı xəbərə görə, Madrid təmsilçisi Yaponiyanın U-18 yığmasının hücumçusu Takefuso Kubo ilə anlaşıb. Ancaq gənc futbolçu ilə imzalanmış müqavilənin detalları barədə məlumat verilməyib. "Yapon Messi" adlandırılan futbolçunun hələlik "Real"ın ikinci komandası olan "Kastilyo"da forma geyinəcəyi bildirilib.

Qeyd edək ki, "Barselona"nın akademiyasında yetişən Kubo son olaraq, "Tokio" klubunda çıxış edib. Onunla Kataloniya təmsilçisi, "Bavariya", "Mançester Siti" və PSJ də yaxından maraqlanırdı.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.