İdman

NBA-da çempion bəlli oldu - Tarixində ilk dəfə

14 İyun 2019 12:24
0 Şərh     Baxış: 551

Milli Basketbol Liqasında (NBA) 2018/2019 mövsümünün qalibi müəyyənləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, final mərhələsinin 6-cı görüşündə "Qolden Steyt"i 114:110 hesabı ilə məğlub edən "Toronto" çempion olub.

Kanada təmsilçisi qələbə qazanmaqla ümumi hesabı 4:2 edib. Komandanın heyətində Kavay Leonard qarşılaşmanın ən yaxşı basketbolçusu seçilib. O, həlledici oyunda 22 xal və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, 1995-ci ildə yaranan Toronto komandası tarixində ilk dəfə NBA çempionu adını qazanıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.