İdman

İsveçli dahi MLS tarixinin ən yüksək ödənişli futbolçusuna çevrildi

13 İyun 2019 22:40
0 Şərh     Baxış: 1 180

"Los-Angels Galaxy"nin hücumçusu Zlatan İbrahimoviç MLS tarixinin ən yüksək ödənişli futbolçusuna çevrilib.

Milli.Az Goal.az-a istinadən xəbər verir ki, isveçli forvard buna yeni müqavilə ilə nail olub.

Belə ki, mövsümün əvvəlində yeni 1 illik sazişə qol çəkən 37 yaşlı superulduzun illik məvacibi 7,2 milyon dollara yüksəldilib. Bununla o, Toronto-nun hücumçusu Sebastyan Covinkonun 7,1 milyon dollarlıq maaşını geridə qoyub.

Qeyd edək ki, Zlatan İbrahimoviç cari mövsüm 12 oyunda 11 qola imza atıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.