İdman

Yoviçin Qəbələdən "Real"a gedən yolu - FOTO

13 İyun 2019 16:14
1 Şərh     Baxış: 1 919
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real"ın yeni transferi Luka Yoviç ölkəmizdə medal qazanıb.

Milli.Az "azərisport"a istinadən xəbər verir ki, 21 yaşlı hücumçu 2012-ci ildə Serbiyanın U-15 komandası ilə "Gabala Cup" turnirinin iştirakçısı olub. Finala qədər irəliləyən serblər həlledici qarşılaşmada "Qalatasaray"la qarşılaşıblar. Yoviç həmin matçda qol vursa da, bu, onun komandasını məğlubiyyətdən xilas etməyib. Türklərə uduzan Serbiya yığması ikinci yerlə kifayətlənməli olub. Gümüş medalçılara mükafatları "Qəbələ"nin o vaxtkı vitse-prezidenti (hazırkı prezidenti) Fariz Nəcəfov və AFFA-nın baş katibi Elxan Məmmədov təqdim ediblər.

Qeyd edək ki, həmin turnirdə "Qarabağ", "Feyenoord", "Levante", "Vilyarreal" və "Bröndbü" kimi klubların aşağı yaş qrupu üzrə komandaları da iştirak ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.