İdman

Yurçeviçdən istefa açıqlaması

13 İyun 2019 14:06
4 Şərh     Baxış: 2 377

Milli komandamızın baş məşqçisi Nikola Yurçeviç Avro-2020-nin seçmə mərhələsində Slovakiyaya 1:5 hesablı məğlubiyyətdən sonra AFFA rəhbərliyinə hesabat verməsi və yaxın günlərdə istefaya göndəriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az xəbər verir ki, xorvatiyalı mütəxəssis qol.az-a açıqlamasında məlumatı təkzib edib. O, istefa söhbətinin doğru olmadığını söyləyib:

"Bunlar həqiqət deyil. İstefa ilə bağlı söhbət olmayıb. Matçdan sonra yalnız qısa analiz xarakterli görüş oldu. Hamısı bu qədər".

Qeyd edək ki, Slovakiya ilə oyundan sonra "Bakcell Arena"da AFFA-nın İcraiyyə Komitəsinin təcili toplantısı keçirilib. Yurçeviçin də dəvət olunduğu iclasda millinin son iki oyunda göstərdiyi uğursuz nəticələr müzakirə olunub. Baş məşqçi hər iki qarşılaşma ilə əlaqədar İcraiyyə Komitəsinə qısa hesabat verib və bildirilib ki, yaxın günlərdə ətraflı hesabat təqdim olunacaq.

Milli.Az

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    (+-) · 13 İyun 14:1130

    Millətin mentalitetini bilsə,bəlkə şah damarından tutub nəyisə dəyişgirdi.

    Cavab yaz
  • Anonim
    X · 13 İyun 14:1840

    Istefa ver.

    Cavab yaz
  • Anonim
    Tənqidçi · 13 İyun 14:1820

    Salamatda istefaya getməsinlər...

    Cavab yaz
  • Anonim
    Samed dagli · 13 İyun 18:3410

    Yurcevicin istefaya getmegne ehtiyac yoxdur o daha yeni gelib ama affanin rehberleri getmelidirler istefaya bu qeder mewqciler geldi istefa verib getdi ama illernendi Affa istefaya koklu islahatlara getmir sebeb nedir?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.