İdman

"Qarabağ"dan ayrıldıqdan sonra karyeramı bitirməyi düşünürdüm"

13 İyun 2019 12:54
0 Şərh     Baxış: 860

Özümə də maraqlı idi ki, görəsən, karyeramı bitirim, yoxsa oynamağa davam edim. Çünki futbolla bağlı başqa maraqlı təkliflərim var idi.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri mövsümün sonunda "Qarabağ"dan ayrılan Yakub Jezniçak Polşa mətbuatına açıqlamasında deyib. Dünən Plotsk "Visla"sı ilə müqavilə bağlayan 32 yaşlı müdafiəçi sabiq klubu "Legiya"ya qayıtmamasının səbəbini açıqlayıb:

"Mənim də ümidim var idi ki, yenidən "Legiya"da oynayacağam. Məsələ 50/50-yə idi. Mən istəyirdim, görünür, onlar istəmədilər (gülür)".

2017-ci ilin yayında "Qarabağ"a gələn polşalı futbolçu həmin vaxt bu qərarının yerli ictimaiyyət tərəfindən təəccüblə qarşılandığını söyləyib: "Çoxları düşünürdü ki, yanlış seçim etmişəm və Azərbaycan futbolunda heç nə yoxdur. Amma reallıq göstərdi ki, orada vəziyyət daha yaxşıdır. "Qarabağ"da özümü əla hiss edirdim".

Jezniçak 2 illik "Qarabağ" karyerasından sonra futbolla vidalaşmaq istədiyini də istisna etməyib: "Azərbaycandan Polşaya qayıtdıqdan sonra karyeramı bitirmək barədə ciddi fikirləşirdim. Ancaq veteran futbolçularla söhbətlər məni fikrimdən daşındırdı. Onlar deyirlər ki, bacardığın qədər oyna, çünki bir də bu hissləri yaşamayacaqsan".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.