İdman

İngiltərədə baş məşqçiyə 24 il həbs cəzası verildi - Təcavüzə görə

13 İyun 2019 12:08
0 Şərh     Baxış: 1 095
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin "Southempton" və "Peterborough" klublarının gənclər komandalarının sabiq baş məşqçisi Bob Hiqqins həbs olunub. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, o, yetkinlik yaşına çatmayan uşaqlara qarşı cinsi təcavüzə görə 24 il 6 ay azadlıqdan məhrum edilib. 

Bildirilib ki, hər iki klubun akademiyasında olan 24 yeniyetmə təcavüzə məruz qalıb. 66 yaşlı məşqçi 1971-ci ildən 1996-cı ilə qədər 45 dəfə etdiyi hərəkətlərə görə ittiham olunub. Hiqqins ötən il başqa bir ittiham üzrə məhkum edilib. 

Zərərçəkənlər məhkəmədə məşqçinin onlara etdikləri barədə danışıblar. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.