İdman

Klub futbolçu ilə müqaviləni "WhatsApp" skrinşotu ilə açıqladı - FOTO

13 İyun 2019 11:55
0 Şərh     Baxış: 906
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın "Kalyari" klubu futbolçusu Luka Çiqarini ilə müqavilənin müddətini uzadıb. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, klubun prezidenti Tomazo Culini Twitter-də bu barədə maraqlı paylaşım edib. O, 33 yaşlı yarımmüdafiəçi ilə WhatsApp yazışmasının skrinşotunu paylaşıb. Oyunçu onunla söhbətində yeni sözləşməyə razılıq verdiyini bildirib. 

- Biz ki danışmışıq...

- Bəli.

- Super, Çiqa. İndi biz yaxşı əllərdə, daha doğrusu, yaxşı ayaqlardayıq. 

- Çox sağ ol, prezident. Başlanğıc qoyuldu. 

- Sabah səni müqavilə bağlamaq üçün gözləyirəm. 

Qeyd edək ki, Luka Çiqarini 2017-ci ildən "Kalyari"də çıxış edir. Komanda A Seriyasında 2018/2019 mövsümünü 41 xalla 15-ci pillədə başa vurub.  

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.