İdman

"Ağlamamışam, tərimi silirdim" - Ramil Şeydayev

13 İyun 2019 10:35
1 Şərh     Baxış: 862

Azərbaycan millisinin üzvü Ramil Şeydayev AVRO-2020-nin seçmə mərhələsində Slovakiya yığmasına Bakıdakı 1:5 hesablı məğlubiyyətə görə üzr istəyib.

Milli.Az xəbər verir ki, o, bu barədə özünün Feysbuk hesabında yazıb.

Yığmanın matçdakı yeganə qolunun müəllifi sosial şəbəkələrdə yayılan və oyun sonrası müsahibə zamanı ağladığını göstərən epizodda, sadəcə, tərini sildiyini əlavə edib:

"Dünənki zəif oyunumuza görə üzr istəyirəm. Siz daha yaxşısına layiqsiniz.

P.S. Düzdü, çox üzülmüşdüm, amma intervyuda ağlamamışam, tərimi silirdim", - Şeydayev yazıb.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 13 İyun 10:5130

    Guya desen aqlayirdimm ne olasidi ki, aqlamali hal idi dəə..

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.