İdman

"Barsa" məni alma və yumurta qiymətinə buraxmayacaq"

12 İyun 2019 18:19
0 Şərh     Baxış: 1 619
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın qapıçısı Yasper Silessen komandadan mümkün gedişini şərh edib.

Milli.Az qol.az-a istinadən yaydığı xəbərə görə, hollandiyalı qolkiper Kataloniya klubundan ayrılmağın asan olmadığını bildirib. O, bunu təzminat qiyməti ilə əlaqələndirib: 

"Müqaviləmdəki 60 milyonluq təzminat məbləği vəziyyəti qəlizləşdirir. Əvvəldən bilirdim ki, "Barsa" məni alma və yumurta qarşılığında buraxmayacaq. Transfer bazarındakı hazırkı durum həqiqətən dəlilikdir. Futbolçulara böyük pullar ödənilir. Halbuki heç biri həmin məbləğə dəymir. Amma bazar öz qanunlarını diktə edir, hər şey ondan asılıdır".

Qeyd edək ki, Silessenin "Barselona" ilə 2021-ci milin yayına qədər müqaviləsi var. Ehtiyatda qalmaq istəmədiyi üçün komandadan ayrılmaq istəyən 30 yaşlı qolkiperin təzminat məbləği onun başqa kluba keçidinə əngəl törədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.