İdman

Planetin ən güclü gimnastları hər kəsi Bakıya dəvət edir: Bədii gimnastika üzrə 37-ci dünya çempionatının başlamasına 100 gündən az vaxt qalır - VİDEO

12 İyun 2019 13:26
Baxış: 824
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda möhtəşəm idman tədbirinə - bədii gimnastika üzrə 37-ci dünya çempionatının başlamasına 100 gündən az vaxt qalır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Bakı 14 ildən sonra dünya çempionatına ev sahibliyi edəcək.

Zərif gimnastlar Milli Gimnastika Arenasında, 7 gün boyunca öz güclərini sınayacaqlar. Həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaq, həmçinin komanda hesabında da ən yaxşıların adları açıqlanacaq.

Yarış ərəfəsində planetin ən güclü gimnastları ən baxımlı, ən gözəl idman növünün tamaşaçılarını Bakıya dəvət edib və dünya çempionatını izləməyə çağırıb.

Trend-in təqdim etdiyi videoçarxda bədii gimnastika ulduzları Azərbaycanda dilində salamlayır və hər kəsi bədii gimnastika üzrə 37-ci dünya çempionatına dəvət edir.

Qeyd edək ki, dünya çempionatı 2020-ci il Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Bu çempionat yalnız medalçıları deyil, eləcə də Olimpidaya yeni namizədlərin adlarını da müəyyənləşdirəcək. Belə ki, fərdi proqramda çoxnövçülük üzrə ilk 16-da yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) lisenziya əldə etmiş olacaq. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin edib. Bu ilin çempionatında isə çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Tokioya vəsiqə qazanacaq.

Belə əhəmiyyətli yarışda gimnastlarımıza dəstək olmaq üçün, biletlərinizi artıq Arenanın kassasından, 28 Mall və Gənclik Mall alış-veriş mərkəzlərindən, həmçinin onlayn (https://ticketing.mga.az/) əldə edə biləcəksiniz​.

Yaxın günlərdə satışa buraxılacaq biletlərin qiyməti 10, 15 və 20 manat təşkil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.