İdman

DÇ-2022 üçün stadion tikintisi zamanı Qətərdə 1400 nepallı fəhlə ölüb

12 İyun 2019 12:05
0 Şərh     Baxış: 1 328
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nepal hökuməti 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı üçün stadion tikintisi zamanı 1400 nepallı fəhlənin həlak olması faktını təsdiq edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Almaniyanın WDR şirkəti turnir obyektlərinin tikintisində iştirak edən fəhlələrin ağır həyatlarından bəhs edən sənədli film hazırlayıb.

Nepalın Əmək Nazirliyinin nümayəndəsi Narayan Rəhmi bildirib ki, o, filmdən xəbərsizdir, lakin bir çox həmvətəninin ölüm faktını təsdiq edib.

"Biz öz işçilərimizi Qətərə göndərməyə başlayandan, bəzi insanlar orada həlak oldular. 1400, 300 və ya 200 rəqəminin hansının həqiqi olduğuna əmin deyiləm. Mən bunu birbaşa problemlə əlaqəli olan hakimiyyət orqanları ilə dəqiqləşdirməliyəm", - Rəhmi qeyd edib.

WDR-nin məlumatına görə, ölənlərin qohumları Qətərdən heç bir təzminat almayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.