İdman

"1:5 hesabı utancvericidir" - Yurçeviç

11 İyun 2019 23:31
16 Şərh     Baxış: 2 250

"Bu hesabdan sonra nəsə demək çətindir. Slovakiyanı təbrik edirəm. Çox yaxşı oynadılar". 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözlər Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Avro-2020-nin seçmə mərhələsində Bakıda Slovakiyaya 1:5 uduzduqlları oyundan sonra mətbuat konfransında deyib.

Biabırçı məğlubiyyəti şərh edən xorvatiyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Oyuna yaxşı başladıq, bəzi anlarda topa sahib olduq, kombinasiyalı hücumlar qurmağa çalışdıq. Lakin rəqibin ilk həmləsində qol buraxdıq. Ramil Şeydayevin qolundan sonra geridönüşə ümid yarandı. Araz Abdullayevin fərqlənmək imkanı oldu. Hesab 1:4 olduqda oyun bitdi. Rəqibin heyətində Lobotkanın transfer qiyməti 25 milyon avrodur. Bizim bütün futbolçuların ümumi qiyməti bu qədər deyil.

- Əvəzetmələrdə gecikdiyinizi düşünmürsünüz?

- 1:5 hesabından sonra belə məsələləri müzakirə edə bilərik. 55-60-cı dəqiqələrdən sonra dəyişiklik etməyi düşünürdüm.

- Bu gün yalnız Ramil Şeydayev mübarizə apardı. Millinin heyətində cəmi 1 futbolçu sarı vərəqə alırsa, orda mübarizədən söhbət gedə bilməz...

- Bu fikirlə razı deyiləm. 4-cü qola qədər şanslar var idi. 60-cı dəqiqədən sonra fiziki və psixoloji cəhətdən rəqiblə oynamaq çətin idi.

- 5-ci qolda hansı hissləri keçirdiniz və buna görə azarkeşlərdən üzr istəmək fikriniz varmı?

- Əlbəttə. 85-ci dəqiqədə 5-ci topu buraxdıq. Bu, mənim və komandam üçün böyük şok idi. Belə məğlubiyyətə görə azarkeşlərdən üzr istəyirəm.

- Slovakiyada bir futbolçunun qiymətinin 25 milyon avro olduğunu dediniz. Halbuki Fransada Mbappenin qiyməti bütün Türkiyə millisindən yüksəkdi. Meydanda pul rol oynamır. Bu gün futbol olmadı. Bu nəticəyə görə xəcalət çəkirsinizmi?

- Bəli, utancverici nəticədir. Slovakiyanın oyunçuları Avropanın aparıcı klublarında çıxış edir. Onlara qalib gəlmək üçün xüsusi günlərindən biri olmalıdır. Millətlər Liqasında Azərbaycan futbolunun ən böyük məşqçisi belə, Malta önündə çətinlik çəkmişdi. Qrupdakı rəqiblərimiz bizdən qat-qat güclüdülər. Əlimizdən gələni etməliyik ki, onlara qarşı mübarizə apara bilək.

- Məşqçi yox, bir azarkeş kimi yığmanın oyununu necə şərh edərdiniz və evdə bu hesabla uduzduqsa, bizi səfər matçlarında bundan da ağır məğlubiyyətlər gözləyir?

- Bu nəticə ilə böyük şok keçirdim. Hər kəsi başa düşürəm. Futbolda böyük rəqiblərə qarşı oynadıqda yaxşı nəticə qazanmaq üçün günündə olmalısan. Futbol situasiyalı oyundur. Sağa və ya sola doğru verilmiş bir qərar nəticəni dəyişə bilir. Bəzi kiçik nüanslar oyunun taleyinə təsir edə bilir.

- Xorvatiyaya 1:2, Macarıstana 1:3, Slovakiyaya isə 1:5 hesabı ilə uduzduq. Hərçənd bu dəfə məntiqi ardıcıllıq pozuldu. Növbəti görüşdə 1:6 hesabı ola bilərmi?

- Növbəti oyunda daha yaxşı olacağımıza və böyükhesablı məğlubiyyətlə üzləşməyəcəyimizə inanıram.

- İndiyə qədər bura gələn əcnəbi məşqçilər bir neçə ildən sonra daha uğurlu nəticələrin olacağını deyib. 3 oyunda 10 top buraxan milli komandanın yaxşı olması üçün nə qədər vaxta ehtiyacı var?

- Bugünkü məğlubiyyətdən sonra bu suala cavab vermək çətindir. Bu gün uğursuz nəticə oldu. Amma inanıram ki, komandamız daha yaxşı çıxış edə bilər. İndi böyük təhlil etməyə dəyməz.

Milli.Az

loading...

Şərh yaz:

16 Şərh:

  • Anonim
    Musa · 11 İyun 23:4232

    Ne qeder ki bolgelerde futbol olmayacaq bizim futbolun inkiwafi olmayacaq xais edirem rayonlarda futbolu desyeyleyin esasda tovuz futbolna bolgeye destek edek fubolmuz inkisaf edsin futbolda rusvet olmasin

    Cavab yaz
  • Anonim
    NOFEL ASLAN · 11 İyun 23:5410

    milli komandaya tapşırıqsız yerli oyunçular cəlb edib 1il hazırlaşdırmaq lazımdır .xroniki uduzmaq bezdirib milləti.Lixtenşteyndə futbol bizdən zəifdir.onada uduzuruqsa faciədir.

    Cavab yaz
  • Anonim
    Kimse · 11 İyun 23:5830

    Affa bu qeder pul tokub xaricden bas mesqci getirmekdense en yaxsi milli komandani yaxsi taniyan iqor panamaroyovu milliye devet etse daha yaxsi olar bu fiyaskodu

    Cavab yaz
  • Anonim
    Maqa sarkazm · 12 İyun 00:0501

    Eger mewqcisense onda Zidan Guardiola kimdi?

    Cavab yaz
    • Anonim
      Batya · 12 İyun 08:5620

      Mewgciler kunahsizdi òlke cempionati yoxdu Baki cempionati var ordada 8 komanda potensial yoxdisa mewgci neylesin .Struktur dùz goyulmayib

      Cavab yaz
    • Anonim
      Batya · 12 İyun 08:5820

      Mewgci neylesin kadr olmayandan sonra Òlkenin òlke cempinato olmalidi bizde Baki cempionati var

      Cavab yaz
  • Anonim
    Musa. · 12 İyun 00:5140

    Milli komanda buraxılmalıdı. Onlar milliyə layiq deyillər. Millətin üzqarasıdılar.

    Cavab yaz
  • Anonim
    Alimardan · 12 İyun 01:1330

    ne heyasiz adamdir. transfer gimetini deyir, bes aldigi maasi niye demir. ona verilenpulun beşdə birini mene verseler, baxmaram gabagimdaki Mbappedir nədir, regibi sokub, tezeden yigaram. olar yigma komanda.

    Cavab yaz
    • Anonim
      Alimardana · 12 İyun 10:5200

      Tam doğru

      Cavab yaz
  • Anonim
    Name · 12 İyun 07:0800

    Qarabag biraz futbola umudlermizi dogrutmusdu .milli o umudleri oldurdu Allah rehmet elesin

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 12 İyun 08:0040

    Suala bax eeee 5-ci qoldaaa hansi hissleri gecirtdiniz???Meqlubiyyet hissin basqa neee ola bilerrr..O anda yalniz 1 sey dusunmek olar birce oyun tez qurtarsin cixib gederdikkk evimize esiymizeee..

    Cavab yaz
  • Anonim
    Famil · 12 İyun 08:5610

    əla komandadu! SÜKANI BELƏ SAXLA!

    Cavab yaz
  • Anonim
    asi · 12 İyun 09:1420

    Adı Milli olub, özü qeyri milli olan Millimizdən qələbə gözləmək özünü aldatmaq olar..Ən birinci komanda gərək xalqına vətəninə bağlı ola ki, onun adına qələbə qazanmaq əzmi ola..Yoxsa dərənin gədə-güdəsin gətirib milli yığanda onların nə vecinə olacaq ki, Azərbaycan qalib olsun..Pullarını alıb 90 dəq başlarını girləyirlər meydanda olur oyun...

    Cavab yaz
    • Anonim
      Alimardan · 12 İyun 13:3900

      duz deyirsen, həm də mesgci millət olsa aldigi pulun xalga xeyride olar, cunki o pulun cox hissesini Azərbaycanda xercleyer. bazarlig eliyer, kafeye restorana gedib pul xercleyer, ayda iki uc defe toya gegib 100$ yazdirar. gisasi pullar Azərbaycanda dovr edər.

      Cavab yaz
  • Anonim
    Oxucu · 12 İyun 10:1210

    Eger azerbaycanda yigma komandaya ""day-day""li , """oyuncular""" devet alib oynuyursa, o komanda hec vaxt ireli getmiyecey. Eks Rehmetdiy Baw mewqcimiz var idi Karlos Alberto Torres. Gedib braziliyada demiwdiki Azerbaycanda ancaq day-dayi olanlar yigmaya duwe bilir.. Biride var idi Almaniyali demiwdiki Azerbaycanda pul var ama futbol yoxdu))) Affa xanim tapwirir oyunculari))) KVN misali))

    Cavab yaz
  • Anonim
    anonim · 12 İyun 10:5720

    Nə qədər ki, day-dayının hesabına futbol "oynayanlarımız" var bizdə futbol olmayacaq. Regionlarda olan futbolu öldürdülər. Ancaq Bakı çempionatı var. Azərbaycan təkcə Bakıdan ibarət deyil. Sifarişli oyunlar yığışdırılmalıdır. Türkiyəli qardaşlarımız demişkən alt yapı olmalıdır, uşaq futbolu inkişaf etdirilməlidir, özü də bütün bögələrdən day-dayılı yox, istedadlı uşaqlar toplanmalı, xaricdə adlı-sanlı klublarda oynamaları təmin edilməlidir. Güclü futbol akademiyaları yaradılmalıdır. Xorvatiyanın Dinamo Zaqrebi kimi güclü futbolçular yetişdirməliyik. Biz hələ futbolda heç bir iş görməmişik, deyəsən heç bir irəli hərəkət etmək fikrimiz yoxdur, getdikcə geriləyirik. Özümüzü aldatmayaq, televizorda boş-boş bəyanatlar vermək lazım deyil, real futbol yoxdursa millimizin vəziyyəti həmişə belə olacaq, yəni bu gedişlə həmişə məğlub olacağıq, həmişə qapazaltı komanda olacağıq.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.