İdman

İran polisi qadın azarkeşlərə hücum etdi - "Bizi təpiklədilər, yumruqla vurdular"

11 İyun 2019 10:52
0 Şərh     Baxış: 1 698
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tehranda İran və Suriya milliləri arasında keçirilən oyunu izləmək istəyən iranlı qadın azarkeşlər təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb.

Milli.Az fanat.az-a istnadən xəbər verir ki, qadınların kişilər arasında oyunları stadionda izləməsi qadağan olunan ölkədə futbol federasiyası heç bir məhdudiyyət olmadan bilet satışı həyata keçirib. Lakin oyuna bir gün qalmış federasiya heç bir açıqlama vermədən qadınların bilet almasına qadağa qoyub. 

Bileti olan iranlı qadınlar stadiona daxil olarkən təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıblar. Suriyalı qadınlar isə sərbəst şəkildə stadiona daxil olaraq oyunu izləyə biliblər. Hadisə zamanı saxlanılan iki qadının harda olduğu bilinmir.

Təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalan qadınlardan biri "Etimad" qəzetinə açıqlama verib. Göz yaşlarını saxlaya bilməyən qadın "Bir polis ayağını qadınlardan birinin sinəsinə dayadı, əlindəki telefonunu aldı və pul kisəsini parçaladı. Polislər bizə hücum etdi və qadınlardan birini yerdə sürüdülər" deyib. 

Başqa bir qadın isə polislərin onları yumruqla vurduğunu bildirib: "Bizi təpiklədilər, yumruqla vurdular. Heç nə etməsək də, təhqir etdilər". 

Beynəlxalq Əfv Təşkilatının (Amnesty International) əməkdaşı Mansur Mills də "İran rəhbərliyi bir daha sadəcə futbol sevgisini göstərən qadınlara zülm edir" deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.