İdman

"Neftçi" Rauf Əliyevi transfer etdi - FOTO

11 İyun 2019 10:10
Baxış: 869
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Neftçi" növbəti transferini reallaşdırıb.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, təcrübəli futbolçu Rauf Əliyev 1 illik müqaviləyə imza atıb. 30 yaşlı hücumçu "ağ-qaralar"ın heyətində 19 nömrəli formanı geyinəcək.

Bunadək "Qarabağ" (2006-2013), "Bakı" (2013-2014), "Xəzər Lənkəran" (2014), "İnter" (2015-2017), "Kukesi" (Albaniya, 2017-2018), "Qəbələ" (2018-2019) klublarında çıxış etmiş Rauf Əliyev 2015-ci ildə "Neftçi"nin heyətində 11 oyunda meydana çıxıb. 2009-cu və 2019-cu illərdə Azərbaycan Kubokunun qalibi olub. Milli komandanın heyətində 45 oyun keçirib, 7 qol vurub.

Xatırladaq ki, "Neftçi" bundan əvvəl serbiyalı müdafiəçi Voislav Stankoviçlə 2 il müddətinə müqavilə bağlamışdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.