İdman

İdman gimnastikası üzrə 26-cı Azərbaycan və Bakı birinciliyinin qalibləri məlum oldu

9 İyun 2019 22:34
Baxış: 452
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Milli Gimnastika Arenasının köməkçi zalında idman gimnastikası üzrə 26-cı Azərbaycan və Bakı birinciliyinin qalibləri məlum olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, çoxnövçülüyün (balans, temp və kombinasiya edilmiş hərəkətlər) nəticələrinə əsasən "körpələr" yaş kateqoriyasında kişilər arasında fərdi proqramda birinci yeri Hüseyn Mustafazadə (45.850 xal, "Ocaq Sport") tutub, ikinci yerdə Məhəmməd Rüstəmzadə (45.100 xal, Bakı gimnastika məktəbi), üçüncü yerdə isə Mikayıl Səttərov (43.750 xal, Bakı gimnastika məktəbi) qərarlaşıb.

Çoxnövçülüyün nəticələrinə əsasən "körpələr" yaş kateqoriyasında qadınlar arasında fərdi proqramda ən yaxşı nəticəni Lalə Zamanlı göstərib (39.366 xal), ikinci yeri Leyla Məmmədzadə (38.132 xal), üçüncü yeri isə Albina Əliyeva (38.132 xal) tutub. Gimnastlar "Ocaq Sport" klubunu təmsil edirlər.

Çoxnövçülüyün nəticələrinə əsasən "uşaqlar" yaş kateqoriyasında kişilər arasında fərdi proqramda birinci yeri Ruslan Əliyev (42.200 xal, Bakı gimnastika məktəbi), ikinci yeri isə Emil Cəbrayılzadə (41.950 xal, Sumqayıt) tutub.

Xatırladaq ki, ötən gün idman gimnastikası üzrə 26-cı Azərbaycan birinciliyi və Bakı çempionatında "böyüklər", "gənclər", "yeniyetmələr" və "uşaqlar" yaş kateqoriyalarında qaliblər müəyyən edilib.

Gimnastikanın hər iki növü üzrə yarışlarda ümumilikdə 100-ə yaxın idmançı Bakı Gimnastika Məktəbini, "Ocaq Sport" Klubunu, "Neftçi" İdman klubunu, Nizami rayonu idman məktəbini, Sumqayıt və Balakənini təmsil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.