İdman

Sarri "Yuventus"un bir addımlığında

8 İyun 2019 15:11
0 Şərh     Baxış: 744
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çelsi" Mauritsio Sarrinin "Yuventus"a keçidinə razılıq verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, tərəflər arasında bütün detallar razılaşdırılıb. Turin klubunun qarşıdakı həftə Sarrinin təyinatını açıqlayacağı gözlənilir.

İngilislərin təcrübəli çalışdırıcı üçün "qoca sinyora"dan təzminat tələb edib-etməyəcəyi hələlik bilinmir. Sadəcə, London klubunun baş məşqçinin gedişinə mane olmayacağı deyilir. Rəhbərlik yenidən İtaliyada işləmək istəyən mütəxəssisi İngiltərədə qalmağa məcbur etmək niyyətində deyil.

Qeyd edək ki, Sarri "Çelsi"yə ötən ilin yayında "Napoli"dən keçmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.