İdman

Bakıda akrobatika və idman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başlayıb - FOTO

8 İyun 2019 12:28
Baxış: 962
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 8-də Milli Gimnastika Arenasının köməkçi zalında akrobatika gimnastikası üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, həmçinin idman gimnastikası üzrə 26-cı Azərbaycan birinciliyi və Bakı çempionatı başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 2 gün keçiriləcək yerli turnirə ilk olaraq idman gimnastları start verir.

İştirakçılar yarışlar ərzində "böyüklər", "gənclər", "yeniyetmələr", "uşaqlar", "balacalar" və "kiçiklər" yaş kateqoriyasında medallar uğrunda mübarizə aparacaqlar.

Akrobatlar isə "yeniyetmələr", "uşaqlar" və "balacalar" yaş kateqoriyasında yer alaraq, qadın və kişi cütlükləri, qarışıq cütlüklər, qadın və kişi qrupları proqramında çıxış edəcəklər.

Gimnastikanın hər iki növü üzrə yarışlarda ümumilikdə 100-ə yaxın idmançı Bakı Gimnastika Məktəbi, "Ocaq Sport" Klubu, "Neftçi" İdman klubu, Nizami rayonu idman məktəbi, Sumqayıt və Balakəni təmsil edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.