İdman

"Mançester Yunayted"ə baş məşqçi lazımdırsa, mən hazıram" - Maradona

5 İyun 2019 09:34
1 Şərh     Baxış: 1 066
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Argentina futbolunun canlı əfsanəsi Dieqo Maradona İngiltərə Premyer Liqasında işləmək istəyir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis "Mançester Yunayted"i çalışdırmaq arzusundadır. O, mankunyanların sükanı arxasına keçməyə hazır olduğunu bildirib:

"Əgər "Mançester Yunayted"ə baş məşqçi lazımdırsa, mən hazıram. Bilirəm ki, onlar bütün dünyaya forma satırlar. Ancaq titul da qazanmaq lazımdır. Mən bunu edə bilərəm. Bu, mənim sevimli komandamdır".

Qeyd edək ki, hazırda "Mançester Yunayted"i Ole-Qunnar Sulşer çalışdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.