İdman

"Qəbələ"də "yarpaq tökümü" davam edir - O da getdi

4 İyun 2019 19:29
0 Şərh     Baxış: 786
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qəbələ" müdafiəçi Urfan Abbasovla yollarını ayırıb. 

Milli.Az klubun saytına istinadən xəbər verir ki, futbolçu 2019-2020-ci illər mövsümündən "qırmızı-qara" formada çıxış etməyəcək.

27 yaşlı müdafiəçi 2011/12 mövsümündən komandanın şərəfini qoruyub. O, bu müddətdə 220 matçda meydana çıxıb. Müdafiəçinin hesabında 3 qol var. Abbasov Premyer Liqada 177, kubokda 28, Avropa Liqasında 15 matça çıxıb. Urfan bütün qollarını ölkə çempionatında vurub.

O, "Qəbələ"də keçirdiyi 8 mövsümdə Premyer Liqanın beş mükafatını qazanıb. Müdafiəçi 2016/17 və 2017/18 mövsümlərində gümüş, 2013/14, 2014/15 və 2015/16 mövsümlərində bürünc medala yiyələnib. Abbasov 2018/19 mövsümündə Azərbaycan kubokunun qalibi, 2013/14, 2016/17 və 2017/18 mövsümlərində finalçısı olub.

Qeyd edək ki, mövsüm başa çatandan sonra Cavid Hüseynov, Elvin Camalov, Stiven Jozef Monroz, Lalavele Atakora, Sabien Lilay və Rauf Əliyev də "Qəbələ"dən ayrılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.