İdman

Məşhur futbolçu niyə evlənmir?

4 İyun 2019 15:29
2 Şərh     Baxış: 1 559
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Tottenhem"in futbolçusu Son Hın Min maraqlı açıqlama verib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, İngiltərə mətbuatına danışan cənubi koreyalı hücumçu, evlənməməsinin səbəbini deyib:

"Atam, "futbolçu karyeranı bitirməmiş evlənmə" dedi və mən də ona qulaq asdım. Evləndiyində əsas diqqətin ailəndə olur və futbol ikinci planda qalır.

Yüksək səviyyədə neçə yaşıma qədər oynaya bilərəm, bilmirəm. Ancaq karyeranı bitirdiyində, ya da 33-34 yaşında evlənə bilərsən və qarşında ailənə vaxt ayırmaq üçün uzun zamanın olur".

2015-ci ildən "Tottenhem"də çıxış edən Son, londonluların heyətində son mövsümün ən yaxşı futbolçusu seçilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.