İdman

Premyer Liqa klubu “Fənərbağça”nın futbolçusunu istəyir

4 İyun 2019 10:15
0 Şərh     Baxış: 1 126
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Fənərbağça"nın futbolçusu Hasan Ali Kaldırım karyerasını İngiltərədə davam etdirə bilər.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi "Vest Hem", Super Liqa klubunun sol cinah oyunçusu ilə yaxından maraqlanır.

BBC iddia edir ki, futbolçunun meneceri ilə London klubunun rəsmiləri arasında görüş də baş tutub.

Türkiyə millisinin də şərəfini qoruyan Hasan Ali Kaldırımın "Fənərbağça" ilə müqaviləsində 5 milyon avroya azad agent statusu almasına dair bənd var. Ehtimal olunur ki, ingilislər məhz bu məbləği ödəməklə sözügedən müdafiəçinin transferini rəsmiləşdirəcəklər.

2012-ci ilin yayında "Kayserispor"dan "Fənərbağça"ya transfer olunan 29 yaşlı futbolçu, İstanbul təmsilçisi ilə 226 matça çıxıb, 8 qol vurub, 27 məhsuldar ötürmə müəllifi olub. O, bu klubun heyətində bir dəfə Türkiyə çempionu olub, bir dəfə də ölkə kubokunu qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.