İdman

Neymar təcavüzdə ittiham olunur

3 İyun 2019 10:44
0 Şərh     Baxış: 1 119
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PSJ-nin braziliyalı futbolçusu Neymar bir qadına təcavüz etməkdə günahlandırılır.

Milli.Az futbolinfo.az-a istinadən xəbər verir ki, adının açıqlanmasını istəməyən qadın, 27 yaşlı futbolçu tərəfindən təcavüzə uğradığını deyib.

Braziliyada yaşayan qadın, Neymarla "instagram"da tanış olduğunu və futbolçunun dəvəti ilə Parisə getdiyini deyib. Neymarla oteldə görüşdüyünü deyən qadın, futbolçunun sərxoş olduğunu və ona təcavüz etdiyini bildirib.

Qadın, hadisədən bir neçə gün sonra vətəninə qayıtdığını və təhlükəsizliyini qorumaq üçün bir müddət bu haqda danışmadığını deyib.

Neymar PSJ-nin Fransa kubokunun finalında "Renn"ə məğlub olduğu oyundan sonra onu tənqid edən azarkeşi yumruqla vurmaqla da diqqət mərkəzinə düşmüşdü.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.