İdman

Lukaku "İnter"in hədəfində

2 İyun 2019 19:10
0 Şərh     Baxış: 846
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Geridə qalan mövsümdə A Seriyasını 4-cü pillədə bitirərək, Çempionlar Liqasının qrup mərhələsində oynamağa haqq qazanan İnter hücum xəttini gücləndirməyə hazırlaşır.

Milli.Az Goal.az-a istinadən xəbər verir ki, baş məşqçi vəzifəsinə Antonio Konteni gətirən "Milan" təmsilçisi yeni çalışdırıcının da istəyilə "Manchester United"in forvardı Romelu Lukakunu transfer edir. Belçikalı futbolçunun özü ilə anlaşmaya yaxın olan italyan klubu üçün yeganə maneə "qırmızı şeytanlar"ın tələb etdiyi təzminat məbləğidir. Mankunyanlar 26 yaşlı hücumçuya görə 75 milyon funt-sterlinq istəyir. İnter rəhbərliyi isə həmin məbləği aşağı azaltmağa çalışır.

Qeyd edək ki, 2017-ci ilin yayında "Everton"dan alınan Lukaku "Manchester United"in heyətinə meydana çıxdığı 96 oyunda 42 qol vurub, 13 məhsuldar ötürmə verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.