İdman

Davakar, hirsli, əzmkar və döyüşkən HASAN ŞAŞ - Fatih Terimin “sağ əli”

2 İyun 2019 19:40
0 Şərh     Baxış: 1 528
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qalatasaray" azarkeşləri onu ən çox "Milan" və "Real Madrid"ə vurduğu qollarla xatırlayırlar. O çox qol vuran futbolçu olmayıb. Ən çox çılğın mübarizəsi ilə məşqçi və azarkeş sevisi qazanıb. Vurduğu qolların çoxu isə əhəmiyyətli olub. Əsl adı Hasan Gökhan Şaş olan veteran futbolçunu ictimaiyyət qısaca Hasan Şaş kimi tanıyır. Türkiyənin dünyada ən tanınmış veteran futbolçularından biridir. Onu futbol azarkeşləri davakar, hirsli, əzmkar və döyükən futbolçu kimi tanıyıb.

Milli.Az Modern.az-a istinadən bu yazıda Hasan Şaşın karyerasına nəzər salıb.

Hasan Şaş 1976-ci il avqustun 1-də Adanada həyata göz açıb. 1996-cı ildə Ankara 50-ci il liseyindən məzun olub. 2003-ci ildə Sibel Yalçın ilə evlənib, 2014-ci ildə ondan boşanıb. İki uşağı olan 43 yaşlı keçmiş futbolçu hal-hazırda evli deyil.

Karyerası

Hasan hələ kiçik yaşından futbola olan marağına görə dərslərdən tez-tez qaçıb. Ailəsi bu istəyi görüb və ona həvəskar komanda olan "Akdeniz Karataşspor"da futbolun sirlərinə yiyələnməyə icazə verib. Hasan qısa müdətdə burda məhşurlaşıb və 1991-ci ildə ilk professional müqavilə imzalayaraq "Adana Demirspor" klubuna keçib. Burda da özünü yaxşı tərəfdən göstərdiyinə görə 17 yaşı olmasına baxmayaraq, 1994-cü ildə "Ankaragücü"nə transfer olunub. 

18 yaşında "Fənərbağça" ona yüksək maaş təklif etsə də, Hasan bu transferdən imtina edib.  Səbəb isə onun uşaqlıqdan bəri xəyalındakı kluba - "Qalatasaray"a transfer olmaq istəyi olub. Və bu istəyi gerçəkləşib.

Hasan Şaş "Qalatasaray"ın heyətində həm Avropa, həm Türkiyə səviyyəsində uğurlu mövsümlər keçirib, klubun əvəzedilməz oyunçusu olub. Eyni zamanda, milli komandanın "silahı"na çevrilib.

Xaricdəki uğurları

Hasan Şaş "Qalatasaray"ın 2000-ci ildə UEFA Kuboku və UEFA Superkubokunun qalibi olduğu ildə əfsanəvi  heyətdə yer alıb. Həmin il "Qalatasaray" iki qrup sistemində keçirilən oyunlarda qrupu lider kimi bitirib. Hasan da Çempionlar Liqasının 1/4 finalında oynayan ilk türk futbolçulardan biri olub. 

O, Türkiyə milli komandası ilə 2002-ci ildə Yaponiya və Cənubi Koreyada keçirilən Dünya Çempionatında iştirak edib. Hasanın Braziliya ilə oyunda vurduğu qol hələ də azarkeşlərin yaddaşından silinməyib. 

Həmin çempionatın ən yaxşı 6-cı oyunçusu seçiləndə bu siyahıya onun da adı əlavə olunur. Sonra "Franche Football" qəzeti tərəfindən Avropanın ən yaxşı 11-ci oyunçusu adına layiq görülür.  2003-ci ildə bu performanslardan sonra bir neçə transfer təklifləri alır. Türkiyədən "Fənərbaxça", Avropdan "Liverpul" və " Monako" kimi nəhəng klubların transfer siyahısına düşüb. Cəlbedici təkliflərə baxmayaraq, Hasan "Qalatasaray"ı atmayıb, klubla heç bir maaş danışığı aparmadaqn  yeni müqavilə imzalayıb.

Karyerasının sonu

2009-ci ildə "Qalatasaray"ın onunla müqaviləni yeniləmir. Ərəbistan və Qətərdən bir neçə klub ona təklif göndərsə də, Hasan ailəsi ilə də məsləhətləşərək, kareyerasını başa vurur.

"Qalatasaray"ın canlı əfsanələrindən olan Hasan Şaş Misir və bəzi ərəb ölkələrində bir çox futbolçunun idealı kimi tanınıb. Misirdə bir çox mağazalara onun adı verilib. Orda həmçinin ən çox xarici oyunçu forması tələb olunan futbolçu olub.

Nailiyyətləri

Həsən Şaş "Qalatasaray"dakı karyerası boyunca 5 də Türkiyə çempionluğu qazanıb, 3 dəfə ölkə kubokunu, 1 dəfə UEFA Kubokunu və 1 dəfə Avropa Superkubokunu başı üzərinə qaldırıb. 2002-ci ildə Dünya Çempionatında Türkiyə millisi ilə bürünc medal qazanıb.

Yarımmüdafiədə oynayan keçmiş futbolçu "Qalatasaray"da 350 rəsmi oyunda 53 qol, millidə isə 57 oyuna 9 qol vurub.

Qeyd edək ki, Hasan Şaşın yalnız futbolçu kimi yox, köməkçi məşqçi kimi də "Cim-bom"da uğurları çoxdur. O, 2011-12, 2012-13, 2017-18 və 2018-19-cu illərdə Fatih Terimin köməkçisi kimi Türkiyə çempionatında 4 dəfə qalib olan heyətdə yer alıb. Türkiyə mətbuatı onu "Terimin sağ əli" adlandırır. Hazırda "Qalatasaray"da baş məşqçinin köməkçisi vəzifəsində işinə davam edir.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.