İdman

Azərbaycanın iki gimnastı Dünya Kubokunda qızıl medal qazanıb

2 İyun 2019 16:28
Baxış: 1 139
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən həftə Osiyekdə (Xorvatiya) idman gimmnastikası üzrə "Challenge" seriyasına aid Dünya Kuboku yekunlaşaraq, estafeti Sloveniyanın Koper şəhərinə təhvil verdi. Təmsilçilərimiz bu yarışda da uğurlu çıxışları ilə fərqlənməyi bacarıblar.

Milli.Az bildirir ki, Azərbaycan Gimnastiak Federasiyasından Trend-ə verilən məlumata görə, ötən gün baş tutan final yarışlarında gimnastlarımız Marina Nekrasova və Nikita Simonov iki qızıl medal qazanaraq, "Bonifika" idman arenasında bir gündə iki dəfə Dövlət Himnimizi qürurla səsləndiriblər.

Millimizin hesabına ilk qızılı Marina yazdırıb. Dayaqlı tullanma ilə hərəkətlərinə görə 14.475 xal alan gimnastımız, öz sevimli alətində bütün rəqiblərini üstələyib.

Çox keçmədən daha bir qızıl xəbəri Nikitadan gəlib. Təmsilçimizin halqalardakı çıxışı ona bu dəfə də birinciliyi qazandırıb. Gözləntiləri maksimum doğruldan Nikita, çıxışının yekununda 14.600 xal alaraq, fəxri kürsünün ilk pilləsində qərarlaşıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.