İdman

“Çelsi” futbolçuları Bakıda kubokla pivə içdi - VİDEO

30 May 2019 16:29
0 Şərh     Baxış: 1 816
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda UEFA Avropa Liqasının qalibi olan "Çelsi"nin mükafatlandırma mərasimindən sonra paltardəyişmə otağında sevincli anlarını əks etdirən görüntülər yayılıb.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, "Çelsi"nin rəsmi TV kanalında yayımlanan görüntülərdə "zadəganlar"ın qələbəni pivə içərək qeyd etdiyi görünür.

Bunların içərisində ən fəalı isə "Arsenal"ın sabiq futbolçusu Olivye Jirudur. 49-cu dəqiqədə hesabı açmış və bununla da cari mövsüm Avropa Liqasının 11 qolla bombardiri olmuş fransalı forvard pivəni kuboka tökdürərək onu içir.

Qeyd edək ki, dünən "Çelsi" "Arsenal"ı 4:1 hesabı ilə məğlub edərək bu kuboku ikinci dəfə başı üzərinə qaldırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.