İdman

"Buna layiq deyildik, çünki..." - Petr Çex

30 May 2019 12:34
0 Şərh     Baxış: 1 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Özümlə və bu matçdakı oyunumla qürur duyuram. Görüşdən əvvəl bəzi təzyiq və söz-söhbət var idi, amma meydanda əlimdən gələn hər şeyi etdim. Bu mövsümü kuboksuz başa vurduğum üçün təəssüflənirəm. Buna layiq deyildik, çünki mövsüm ərzində çox çalışdıq. İnsanlar üçün bu mövsümü kuboksuz başa vurduğumuzu demək asandır. Amma hər kəs əmin ola bilər ki,  etdiyimiz işlər komandanı daha da gücləndirəcək".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Arsenal"ın qapıçısı Petr Çex Avropa Liqasının finalında "Çelsi"yə 1:4 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Bu görüşlə futbolçu karyerasını başa vuran çexiyalı qolkiper "Çelsi"də bir vəzifədə işləyəcəyi iddialarına da münasibət bidirib: "Kuboku qaldırmağı və bundan sonra düşünmək istədiyimi həmişə söyləmişdim. 30 iyuna kimi "Arsenal"ın oyunçusuyam. Nələrin olacağını sonra görəcəyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.