İdman

"London klublarının dueli dəlilikdi" - Finalın açılışında oxuyacaq müğənni

29 May 2019 21:45
0 Şərh     Baxış: 1 193
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İngiltərə futbolu üçün böyük andı. Doğma Londonumun iki komandasını Avropa Liqasının finalında görməkdən məmnunam".

Milli.Az matc.az-a istinadən xəbər verir ki, bunu ingiltərəli DJ, bəstəkar və remikser Conas Blu deyib.

Müğənni bu gün Bakı Olimpiya Stadionunda baş tutacaq Avropa Liqasının final qarşılaşmasının açılış mərasimində çıxış edəcək. Conas Blu finalda "Arsenal"la "Çelsi"nin üz-üzə gəlməsinin özü üçün xüsusi olduğunu vurğulayıb: "Bu böyük tədbirdə iştirak edəcəyim, stadionda azarkeşlərin qarşısına çıxacağım anı səbirsizliklə gözləyirəm. Həmçinin milyonlarla izləyici evindən finala tamaşa edəcək. Bu, mənim üçün yalnız xəyaldı. Böyük səhnədə çıxış etmək fürsəti sadəcə, fövqəladədi. Londonun iki komandasının finalda qarşılaşması isə ingilis azarkeşlər üçün yalnız dəlilikdi".

Conas Bluya səhnədə 150 yerli rəqqasın müşayiət etməsi gözlənilir. Final matçı isə 23:00-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.