İdman

Bakıda "Çelsi" futbolçuları dalaşıb, baş məşqçi papağını yerə atıb - VİDEO - FOTO

29 May 2019 07:00
0 Şərh     Baxış: 4 419
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Avropa Liqasının finalında "Arsenal"la qarşılaşacaq "Çelsi"nin oyunöncəsi məşqində xoşagəlməz hadisə baş verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, matçın oynanılacağı Bakı Olimpiya Stadionunda olan hazırlıq prosesinin gedişində əvvəlcə komanda üzvləri - Qonzalo İquainlə David Luis mübahisə ediblər. Epizodların birində braziliyalı müdafiəçiyə qarşı kobud oynayan İquain komanda yoldaşından irad eşidib. Bundan sonra tərəflər bir müddət həmin epizodu müzakirə ediblər.

Futbolçularının mübahisə etdiyini görən "Çelsi"nin baş məşqçisi Mauritsio Sarri isə məşqi yarımçıq qoyaraq, əsəbi şəkildə meydançanı tərk edib. Hətta italiyalı mütəxəssis meydandan çıxarkən başındakı kepkanı yerə ataraq, təpikləyib.

Qeyd edək ki, "Çelsi" - "Arsenal" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.