İdman

“Ronalduya real həyatda ilk dəfə bu qədər yaxın idim”

28 May 2019 12:37
0 Şərh     Baxış: 1 457
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropanın nəhəng klublarının diqqət mərkəzində olan "Benfica"nın futbolçusu Joao Feliks klubun saytına açıqlama verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 19 yaşlı hücumçu, Portuqaliya təmsilçisində xoşbəxt olduğunu deyib:

""Benfika"da olmaq mənim üçün xoşdur. Mən azarkeşləri, onlar da məni çox sevir. Hazırkı durumumdan və olduğum yerdən məmnunam. Gələcəyimlə bağlı bir şey deyə bilmərəm. Ancaq "Benfika"da çox xoşbəxtəm".

Feliks, Kriştianu Ronaldu ilə milli komandanın düşərgəsində bir yerdə olması haqqında da danışıb:

"Çox qəribə idi. Ronalduya real həyatda ilk dəfə bu qədər yaxın idim. O, oyun qəhrəmanı kimi görünürdü. Evə gedərkən, ailəmə, dostlarıma həmin anları danışdım.

Ronaldu ilə eyni düşərgədə olmaq xəyalların gerçəkləşməsi idi. Məşqdə nələr yaşadığımı xatırlaya bilmirəm. Tək düşündüyüm şey, Ronaldu ilə eyni mühitdə olmağım idi. Ən əsası, çox yaxşı bir an idi".

"Benfika" ilə 2023-cü ilə qədər müqaviləsi olan Feliks, geridə qalan mövsümdə 43 qarşılaşmada iştirak edərək, 20 qol vurub. Portuqaliya millisinə də dəvət alan hücumçuyla "Mançester Yunayted", "Atletiko", "Bavariya", "Çelsi", "Arsenal" kimi klublar yaxından maraqlanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.