İdman

Daha bir Premyer Liqa klubu ərəblərə satıldı

28 May 2019 09:54
0 Şərh     Baxış: 1 994
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Premyer Liqasının daha bir klubu ərəblərə satılıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Şeyx Xaled bin Zayed əl Nehayanın təmsilçisi "Daily Mail"ə açıqlamasında "Nyukasl" rəhbərliyi ilə anlaşma əldə olunduğunu bildirib. Şeyx Xaled "Mançester Siti"nin sahibi olan şeyx Mansurun yaxın qohumudur.

Abu Dabinin kral ailəsindən olan Şeyx Xaled "Nyukasl"ın səhmlərinə sahib çıxmaq üçün klub prezidenti Mayk Eşliyə 350 milyon funt-sterlinq ödəyəcək.

Klubun yeni sahibi hazırkı baş məşqçi Rafael Benitesin postunda qalmasının tərəfdarıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.