İdman

Ronaldu 13 il sonra bunu da yaşadı

27 May 2019 19:29
0 Şərh     Baxış: 1 714
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya A Seriyasında 2018/19 mövsümünə yekun vurulub.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, "Sampdoriya"nın hücumçusu Fabio Kvalyarella 26 qolla cari mövsümün bombardiri olub. İkinci pillədə 23 qolla "Atalanta"dan Duvan Zapata, 3-cü pillədə isə 22 qolla "Milan"dan Kşiştof Pyontek yer alıb.

"Yuventus"un hücumçusu Kriştiano Ronaldo isə 4-cü sırada yer alıb. Portuqaliyalı hücumçu A Seriyasında cari mövsümü 21 qolla tamamlayıb. Ronaldo, son 13 ildə ilk dəfə iştirak etdiyi çempionatlarda mövsümü bombardirlər siyahısında ilk 3-lükdən kənarda tamamlayıb. 34 yaşlı hücumçu son dəfə 2006-cı ildə, "Mançester Yunayted"in heyətində bir mövsümdə 9 qol vuraraq, bombardirlər siyahısında ilk 3-lüyə düşə bilməmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.