İdman

Səfir: "Bakıda Avropa Liqasının final oyununa ciddi hazırlıq işləri aparılıb"

27 May 2019 11:22
0 Şərh     Baxış: 876
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda Avropa Liqasının final oyununa ciddi hazırlıq işləri aparılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Bakıda keçirilən mətbuat konfransında Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts deyib.

Səfir bildirib: "Əvəllər də "Arsenal" və "Çelsi" klublarının azarkeşləri "Qarabağ" klubu ilə oyun zamanı Bakıda olublar. Onlar Azərbaycanla tanışdırlar və Bakının fantastik stadionunda artıq olublar".

Azərbaycan və Böyük Britaniya arasında münasibətlərdən danışan diplomat Tofiq Bəhramovdan özəl olaraq bəhs edib: "1966-cı ildə İngiltərədə keçirilən dünya çempionatında hakim olmuş və mükafat almış, Azərbaycandan olan Tofiq Bəhramov bu gün də milli qəhrəman olaraq qəbul edilir. Onun adına Bakıda möhtəşəm stadion var".

Kerol Krofts daha sonra qeyd edib ki, bu həftə Böyük Britaniya səfirliyi, ölkə futbolu, xüsusən hər iki klubun azarkeşləri üçün həyəcanlıdır. O əlavə edib: "Rəsmi şəxslər, futbol assosiasiyaları və klubları ilə əməkdaşlıq şəraitində bu oyun üçün yüksək hazırlıq işləri görülüb".

Səfir, həmçinin Azərbaycan xalqını 28 may - Respublika günü münasibətilə təbrik edib.

Qeyd edək ki, mayın 29-da Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Final oyununda "Çelsi" və "Arsenal" komandaları üz-üzə gələcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.