İdman

"Messi mənə "eşşək" dedi" - "Liverpul"un futbolçusu

26 May 2019 19:42
2 Şərh     Baxış: 1 475
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Liverpul"un yarımmüdafiəçisi Ceyms Milner Çempionlar Liqasının yarımfinal mərhələsinin "Barselona" ilə ilk oyununda (0:3) Kataloniya klubunun kapitanı Lionel Messi ilə arasındakı mübahisəni xatırlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ingilis futbolçu epizodların birində kobud oynadığı üçün argentinalı hücumçunun onu təhqir etdiyini bildirib:

"O, narazı idi. İlk hissə başa çatdıqdan sonra paltardəyişmə otağına gedərkən Messi ispanca mənə xeyli söz dedi. Hətta məni "Burro" adlandırdı. Tərcüməsi "eşşək"deməkdir. Ancaq düşünürəm ki, bu söz ümumi mənada işlədilir və meydanda kobud oynayan futbolçulara deyilir. Ondan vəziyyətini soruşdum, cavab vermədi. Bilirəm ki, dediyi sözü başa düşdüyümü anladı".

Qeyd edək ki, "Liverpul" ilk oyunda "Barselona"ya 0:3 uduzsa da, evdə 4 cavabsız qol vuraraq, finala vəsiqə qazanıb. Mersisaydlılar həlledici qarşılaşmada "Tottenhem"lə üz-üzə gələcəklər. Görüş iyunun 1-də Madriddəki "Atletiko"ya məxsus "Vanda Metropolitano" stadionunda keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.