İdman

Macarıstan üçlüyü Bakıda aerobika gimnastikası üzrə AÇ-ın qızıl medalını qazanıb

26 May 2019 18:48
Baxış: 647
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatında böyüklər arasında üçlük proqramında qaliblər müəyyənləşib.

Milli.Az Trend-ə istinadən bildirir ki, qızıl medalı Macarıstan üçlüyü (22.411 bal), gümüş medalı Rusiya idmançılar (ikinci komanda, 22.366 bal), bürüncü medalı isə macarıstanlı gimnastlar (ikinci komanda, 22.133 bal) qazanıblar.

Qeyd edək ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir. Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnast iştirak edir.

Azərbaycanı Avropa Çempionatında 17 gimnast təmsil edir - Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli, Elçin Məmmədov, Mədinə Mustafayeva, Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.