İdman

Gimnastlarımız Avropa Çempionatının aero dans proqramında qızıl medal qazanıblar - FOTO

26 May 2019 18:25
Baxış: 367

Azərbaycan komandası Bakıda keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatının böyüklər arasında aero dans proqramında qızıl medal qazanıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, gimnastlarımız 17,800 bal toplayıblar. Azərbaycan komandasının tərkibi: Ayxan Əhmədli, Balaxanım Əhmədova, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, akif Kərimli, Elçin Məmmədov, Mədinə Mustafayeva.

İkinci yerə Rusiya komandası çıxıb (17,750 bal), üçüncü isə rumıniyalı idmançılar olub (17,400 bal).

Qeyd edək ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir. Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnast iştirak edir.

Azərbaycanı Avropa Çempionatında 17 gimnast təmsil edir - Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli, Elçin Məmmədov, Mədinə Mustafayeva, Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.