İdman

Bakıda aerobika gimnastikası üzrə AÇ-nın fərdi qadın və kişi, qarışıq cütlüklər proqramlarının qalibləri mükafatlandırılıb - FOTO

26 May 2019 17:58
Baxış: 317

Bu gün Milli Gimnastika arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatının böyüklər arasında fərdiq qadın və kişi, qarışıq cütlüklər və aero step proqramları çərçivəsində qalib və mükafatçılarının mükafatlandırma mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, aero step proqramında birinci yerə Rusiya komandası çıxıb, ikinci yerdə Ukrayna gimnastları qərarlaşıb.

Qalibləri Azərbaycan Gimnastika Federasiyasının menecerləri Fərid Məmmədzadə və Bikə Abdullayeva mükafatlandırılblar.

Fərdi qadın proqramında qızıl medalı Rusiya idmançısı Yekaterina Pıxtova qazanıb, gümüş və bürünc isə müvafiq olaraq Tatyana Konakova (Rusiya) və Darina Paşovanın (Bolqarıstan) olub.

Mukafatları Avropa Gimnastika İttifaqının (UEG) idman koordinatoru Linda Davila, UEG-in aerobika gimnastikası üzrə Texniki Komitəsinin üzvü Andrea Sinko və Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Əbiyev təqdim ediblər.

Fərdi kişi proqramıda qalib Roman Semyonov (Rusiya) olub. İkinci yerə rusiyalı idmançı Timur Kulayev çıxıb, üçüncü isə bolqarıstanlı gimnast Antonio Papazov olub.

İdmançılar UEG-in aerobika gimanstikası üzrə Texniki Komitəsinin başçısı Mariya Kristina Kazentini, Komitənin üzvü Vladislav Oskner və idman gimnastikası üzrə üçqat Olimpiya çempionu Simona Amınar tərəfindən mükafatlandırılıblar.

Qarışıq cütlüklər: 1-ci yer - Macarıstan cütlüyü, 2-ci yer - Türkiyə cütlüyü, 3-cü yer - Rumıniyalı gimnastlar.

Mükafatları Beynəlxalq Gimnastika Federasiyasının (FIG) fəxri vitse-prezidenti andre Qaysbuxler, UEG-in aerobika gimnastikası üzrə Texniki Komitəsinin meneceri və katibi Olqa Kiseloviçeva və yerli təşkilat komitəsinin nümayəndiəsi Paşa Topçiyev təqdim ediblər.

Qeyd edək ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir. Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnast iştirak edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.