İdman

Ançelottidən Kulibali ilə bağlı açıqlama

26 May 2019 18:37
0 Şərh     Baxış: 564

Son zamanlar adı "Mançester Yunayted" və "Real"la yanaşı çəkilən "Napoli"nin futbolçusu Xalidu Kulibali ilə bağlı açıqlama verilib.

Milli.Az Komanda.az-a istinadən xəbər verir ki, seneqallı müdafiəçi üçün "kral klubu" 90 milyon avro, "qırmızı şeytanlar" isə 110 milyon avroluq təklif göndərsələr də, Neapol təmsilçisi bu təklifləri rədd edib.

Məsələylə bağlı açıqlama verən "Napoli"nin baş məşqçisi Karlo Ançelotti futbolçunun komandadan ayrılmayacağını deyib:

"Kulibali növbəti mövsümdə də "Napoli"də oynayacaq".

"Napoli" ilə 2023-cü ilədək müqaviləsi olan 27 yaşlı futbolçu, bu mövsüm iştirak etdiyi 48 oyuna 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.