İdman

Rusiyali gimnast Bakıda AÇ-nın fərdi proqramında qızıl medal qazanıb

26 May 2019 16:21
Baxış: 493
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatının böyüklər arasında fərdi kişi proqramında qaliblər müəyyənləşib.

Milli.Az Trend-ə istinadən bildirir ki, qızıl medalı rusiyalı gimnast Roman Semyonov qazanıb (22,150 bal), ikinci və üçüncü yerləri müvafiq olaraq aralarında Timur Kulayev (Rusiya, 21,650 bal) və Antonio Palazov (Bolqarıstan, 21,300) bal bölüşdürüblər.

Bu gün Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının final yarışmaları keçirilir. Günün ilk yarısında gənclər arasında qaliblər müəyyən edilib.

Böyük gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step proqramında çıxış edirlər.

Böyüklər arasında Azərbaycan komandası aero dans proqramında qrup şəklində çıxış edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.